Öne Çıkan Yayın

Perviz bulbule Men seven gozelin mahni sozleri

Perviz bulbule Men seven gozelin mahni sozleri Men seven gozelin benzemir qara gozleri bir gozelin gozune Emr ede asiqi deye gozlerim ust...

29 Haziran 2018 Cuma

Men sene qurban nergiz

Budur gəldi bahar fəsli,
Açılıbdır lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!

2.
Əlimi vermişəm ələ,
Canım qurban fitnə-felə.
Şəddə kimi incə belə
Tut qolumdan dola, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!

3.
Dodaqların baltək dadır,
Qaşların adam aldadır,
Zöhrənin gözü yoldadır,
Necə gəlim belə, Nərgiz
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!

4.
Sən Tahiri küsdürmüsən,
Qol-qanadın sındırmısan,
Gəlib yolun pusdurmusan,
Necə gedim yola, Nərgiz.
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!

Hiç yorum yok:

Yorum Gönder