Öne Çıkan Yayın

Perviz bulbule Men seven gozelin mahni sozleri

Perviz bulbule Men seven gozelin mahni sozleri Men seven gozelin benzemir qara gozleri bir gozelin gozune Emr ede asiqi deye gozlerim ust...

29 Haziran 2018 Cuma

Baloglan Esrefov Ana

Ana öz qanınla yoğurdun məni,
Sən mənə can verdin,tərbiyə verdin.
Heç kim əvəz etməz dünyada səni
Yarpaqtək başımın üstdə əsərdin ana
Anacan bilirəm bütün həyatda
Ananın bağlıdır övlada canı.
Hamının borcudur saxlasın yadda,
Baladlr ananın iliyi qanı.
Məramın niyyətin bulaqdan duru,
Vüqarın sarsılmaz dağlar qüruru
Qolumun qüdrəti,gözümün nuru,
Şərəfim,şöhrətim,şanımsan ana
Sən məni yaşadan canımsan ana,qurbanam sana.

Başımın tacısan deyim demeyim,
İtirsəm haqqını itsin əməyim.
Şad gündə şadlığım,darda köməyim,
Gündüzlər günəşdən payımsan ana
Gecələr ulduzum,ayımsan ana ,canımsan ana.
Körpə nə anlayır varı ya yoxu,
Körpənə bağlanıb ömrünün çoxu,
Bəzən bir gecənin yuxusuzluğu,
Əvəz ola bilməz dünya malına.
Təmənna bilməyən sənsən ana,qurbanam sana.
Kim deyər sevməyir hər naxələf övladı ana,
O necə sevməyir ki,çəkir min əzabı dadı ana.
Doqquz ay zülm qaranlıqda yedirdər balanı,
Gətirər qüssə kədər qəm gecə gündüz zamanı,
Bəzən əzrayıl udur ya ananı ya balanı,
Bu əzabla həyata bəxş edər övladı ana.
Kim deyər sevməyir hər naxələf övladı ana.

Yatmayıb hazır edir sübhə qədər çay gecələr,
Oyadar körpə onu gör nə qədər say gecələr.
O edər körpəsinə hər gecə lay-lay gecələr.
Gəzdirər çiyni üstə bu böyük adlı ana,
Kim deyər sevməyər naxələf övladı ana.
Ana safdı,müqəddəsdi,dünyada ən yaxın kəsdi.
Quruca nəfəsi bəsdi anam mənim.
Dəryadakı dağsan ana,cənnətməkan bağsan anam,
Nə qədər ki sağsan anam,mən qulunam anam mənim.
Anam mənim canım mənim,anam anam anam mənim.
Çox sevinir anam mənim.
Xoş günümə yol açandır,Taleyimə nur saçandır,
Heyif qocalıb haçandır,anam mənim anam mənim.
Laylay deyərdi yatanda,arxamızca su atanda.
Laylay deyərdi yatanda,arzulara biz çatanda.
Arxamızca su atanda,çox sevinir anam mənim.

Hiç yorum yok:

Yorum Gönder