Ey ilahi cavan ömrüm hədər oldu
Mən nələr arzulamışdım nələr oldu
Ağlayıram göz yaşımı silənim yox
Yalvarıram bir dərdimi bilənim yox
Nə üçün dəhridə bir tək sevənim yox
Niyə dünya mənə dərdi sər oldu
Ey ilahi cavan ömrüm hədər oldu
Mən nələr arzulamışdım nələr oldu
Gərək aşiq saf əhdinə qala sadiq
Hər bir sevən xoşbəxtliyə ola laiq
Nə bilirsən nə çəkir heç sevən aşiq
Gözümün yaşı axıb hey xəzər oldu.
Ey ilahi cavan ömrüm hədər oldu
Mən nələr arzulamışdım nələr oldu
Qalmayıbdır zərrə qədər səbri qərarım
Yenə onsuz payız oldu bu baharım
Məni tərk etdib getdi nazlı nigarım
Zənn etdi atdı məni bəxtəvər oldu.
Yanaqların qızarardı al olardı
Saçın üstə göy toxunmuş şal olardı
Səninlə yesəm zəhər bal olardı
Sənsizikən şirinimdə zəhər oldu.
Ey ilahi cavan ömrüm hədər oldu
Mən nələr arzulamışdım nələr oldu
Hiç yorum yok:
Yorum Gönder