"Gözəl, sən haralısan?"
Söz: Tağı Salahoğlu Mus: "Taksi" (İbrahim Tatlısəsin repertuarından)
İfa: Tağı Salahoğlu, 1996
1.
Qaş qara, kiprik qara,
Baxdım o gözəl yara,
Baxdım o gözəl yara.
Mən baxdım, o baxmadı,
Qəlbimə vurdu yara,
Qəlbimə vurdu yara.
Nəqarət:
Gözəl, sən haralısan?
Bakının maralısan?
Bəlkə mənə demirsən,
Dərbəndin maralısan?
Ceyran, sən haralısan?
Xızının maralısan?
Qusar, Xaçmaz, Dəvəçi,
Qubanın maralısan?
2.
Qaşları kaman, ay qız,
Getmə, bir dayan, ay qız,
Getmə, bir dayan, ay qız.
Könül sənə vuruldu,
Sözümə inan, ay qız,
Sözümə inan, ay qız.
Nəqarət:
Gözəl, sən haralısan?
Naxçıvan maralısan?
Borçalımı, Göyçəmi,
Zəngəzur maralısan?
Ceyran, sən haralısan?
Gəncənin maralısan?
Qazax, Tovuz, Gədəbəy,
Şəmkirin maralısan?
3.
Karvan gedər Təbrizə,
Yolu çıxıbdır düzə,
Yolu çıxıbdır düzə.
Gözəl, belə bəzənmə,
Gələrsən yaman gözə,
Gələrsən yaman gözə.
Nəqarət:
Gözəl, sən haralısan?
Qarabağ maralısan?
Şuşa, Laçın, Kəlbəcər,
Xocalı maralısan?
Ceyran, sən haralısan?
Tərtərin maralısan?
Ağcabədi, ya Ağdam?
Bərdənin maralısan?
4.
Allah, məni xoş eylə,
Şərabsız sərxoş eylə,
Şərabsız sərxoş eylə.
Yarım gəlib, keçəndə,
Onu mənə tuş eylə,
Onu mənə tuş eylə.
Nəqarət:
Gözəl, sən haralısan?
Şirvanın maralısan?
Qax, Balakən, Şəkinin,
Şamaxı maralısan?
Ceyran, sən haralısan?
Ağdaşın maralısan?
Ağsu, Göyçay, İsmayıllı,
Qəbələ maralısan?
Gözəl, sən haralısan?
Muğanın maralısan?
Astaramı, Lənkəran,
Salyanın maralısan?
Ceyran, sən haralısan?
Milimin maralısan?
Kürdəmirmi, İmişli,
Beyləqan maralısan?
Gözəl, sən haralısan?
Fizuli maralısan?
Zəngilanmı, Cabrayıl,
Qubadlı maralısan?
Hiç yorum yok:
Yorum Gönder